Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi İsveçrənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, 2026-cı il iyunun 19-da Bürgenştok şəhərində keçirilməsi nəzərdə tutulan ABŞ-İran danışıqları baş tutmayacaq.
“ABŞ və İran arasında cümə günü Bürgenştokda keçirilməsi planlaşdırılan danışıqlar baş tutmayacaq”, - deyə İsveçrə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Danışıqların niyə ləğv edildiyi ilə bağlı əlavə məlumat verilməyib.
Sevinc Əliyeva
Ordu.az