“Rusiya Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini təmin edən obyektlərə kütləvi zərbələr endirəcək” - Lavrov

2026/06/1780599407.jpg
Oxunub: 226     19:33     18 İyun 2026    
Rusiya Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin asılı olduğu obyektlərə qarşı kütləvi hücumların davam etdiriləcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında bildirib.

Lavrov Moskva üzərinə Ukrayna pilotsuz uçuş aparatlarının hücumunu şərh edərkən qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin qarşıya qoyduğu vəzifə yerinə yetirilir və bundan sonra da icra olunacaq.

Nazirin sözlərinə görə, Putin bir müddət əvvəl Kiyevin növbəti hücumundan sonra Rusiyanın müntəzəm olaraq qrup şəklində kütləvi zərbələr endirəcəyini açıqlamışdı.

Lavrov bildirib ki, hədəf Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə birbaşa təsir edən obyektlərdir və Rusiya Silahlı Qüvvələri bu tapşırığı yerinə yetirməyə davam edəcək.

O əlavə edib ki, Moskva vilayətinə edilən hücuma cavab olaraq konkret addımlar atılmalıdır.

“Düşünürəm ki, lazım olan bütün sözlər deyilib, lakin mən çoxdan əmin olmuşam ki, təkcə sözlər kifayət etmir”, - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Moskva son iki il ərzində Ukrayna pilotsuz uçuş aparatlarının ən böyük hücumlarından birinə məruz qalmışdı. Gün ərzində hava hücumundan müdafiə sistemləri tərəfindən təxminən 190 pilotsuz uçuş aparatı məhv edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin