Pakistan və Türkiyənin xarici işlər nazirləri ABŞ-İran razılaşmasını müzakirə ediblər

2026/01/1768031807.jpg
Oxunub: 210     19:26     18 İyun 2026    
Pakistan və Türkiyənin xarici siyasət idarələrinin rəhbərləri telefon danışığı zamanı ABŞ ilə İran arasında əldə olunan razılaşmanı müzakirə edərək, bunun Yaxın Şərqdə uzunmüddətli sabitliyə töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Pakistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, ölkənin xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı aparıb.

Rəsmi məlumata əsasən, Hakan Fidan Pakistanı ABŞ ilə İran arasında imzalanan və “İslamabad Anlaşma Memorandumu” adlandırılan sənəd münasibətilə təbrik edib. Bildirilib ki, həmin razılaşmanın hazırlanması prosesində İslamabad vasitəçi qismində çıxış edib.

Tərəflər əldə edilmiş razılaşmanın əhəmiyyətini vurğulayaraq, bunun regionda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və inkişafın möhkəmlənməsinə xidmət edəcəyinə ümid bəslədiklərini bildiriblər.

Pakistan tərəfinin açıqlamasında qeyd olunub ki, hər iki ölkənin nümayəndələri bu mühüm nailiyyətin regionda və onun hüdudlarından kənarda davamlı sülhün, sabitliyin və tərəqqinin təmin edilməsinə töhfə verəcəyinə inanırlar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Türkiyə  


Bizi "telegram"da izləyin