İsrail ordusu Livanın cənubuna cavab zərbələri endirdiyini açıqlayıb

2026/05/1780211827.jpg
Oxunub: 225     22:47     16 İyun 2026    
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda yerləşən bölmələrinə doğru “Hizbullah” tərəfindən buraxılmış bir neçə raketin zərərsizləşdirildiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə SAXAL-ın rəsmi “Telegram” kanalında məlumat yayılıb.

Məlumata görə, bundan sonra İsrail qüvvələri raketlərin buraxıldığı qurğunu müəyyən edərək ona zərbə endirib və obyekt məhv edilib.

Bəyanatda həmçinin qeyd olunur ki, İsrail qüvvələri “xəbərdarlıq atəşi” açdıqdan sonra Livanın cənubunda hərəkətdə olan bir avtomobilə də hücum həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   SAXAL  


Bizi "telegram"da izləyin