Finlandiyada ölkəyə nüvə silahının gətirilməsi imkanını müzakirə edəcəklər

2026/06/1781671711.jpg
Oxunub: 209     08:46     17 İyun 2026    
Finlandiya hakimiyyəti ölkə ərazisinə nüvə silahının gətirilməsinə və saxlanmasına icazə verilməsi imkanını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bununla bağlı qanun layihəsi iyunun 17-si çərşənbə günü parlamentin səsverməsinə çıxarılacaq.

Məlumata görə, dəyişikliklərin təşəbbüskarı Finlandiya hökumətidir. Qanunvericiliyə təklif edilən düzəlişlər respublika ərazisində nüvə silahının yerləşdirilməsi və saxlanılması imkanını nəzərdə tutur.

Xatırladaq ki, Finlandiyanın Müdafiə Nazirliyi 2026-cı il aprelin 23-də hökumətin parlamentə NATO ilə əməkdaşlıq çərçivəsində ölkənin müdafiə məqsədləri üçün nüvə silahının gətirilməsinə və saxlanılmasına icazə verilməsi ilə bağlı təklif təqdim etdiyini açıqlamışdı.

Eyni zamanda ölkə ərazisində nüvə silahının əldə olunması, istehsalı, hazırlanması və bu sahədə tədqiqatların aparılması qadağan ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Nüvə-silahı  


Bizi "telegram"da izləyin