Əş-Şəraa Suriyanın Livandakı vəziyyətə müdaxilə planlarının olmadığını bəyan edib

2025/10/1760530916.jpg
Oxunub: 203     19:01     12 İyun 2026    
Suriya Prezidenti Əhməd əş-Şəraa Dəməşqin Livandakı vəziyyətə müdaxilə etmək niyyətində olmadığını, daxili humanitar və siyasi problemlərinin həllinə diqqət yetirdiyini bəyan edib.

Bu barədə Ordu.az Yaxın Şərq mediasına istinadən xəbər verir.

Məlumata görə, əş-Şəraa Suriyanın Livandakı hərbi əməliyyatlarda iştirakı barədə yayılan xəbərləri təkzib edərək Dəməşqin hazırkı yanaşmasının münaqişəyə cəlb olunmağa deyil, müharibənin dayandırılmasına töhfə verməyə yönəldiyini vurğulayıb.

Onun sözlərinə görə, müharibənin nəticələri və suriyalı qaçqınlar böhranı Suriya hakimiyyətinin prioriteti olaraq qalır. O, Livanda təxminən 1,4 milyon suriyalı qaçqının olduğunu deyib və onların vətənə qayıdışını əsas vəzifələrdən biri adlandırıb.

Əş-Şəraa həmçinin bəyan edib ki, Suriya-Livan sərhədinin demarkasiyası hazırda birinci dərəcəli məsələ deyil, çünki həll tələb edən daha təcili problemlər mövcuddur.

Qeyd edək ki, Əhməd əş-Şəraa ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyunun 14-də Vaşinqtona səfər etməyi planlaşdırır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəraa   Suriya  


Bizi "telegram"da izləyin