Hakan Fidan Qətər və ABŞ nümayəndələri ilə İran məsələsini müzakirə edib

2026/05/1778611677.jpg
Oxunub: 216     22:35     12 İyun 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani, eləcə də ABŞ-li nümayəndələrlə telefon danışığı həyata keçirib.

Ordu.az xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, telefon danışıqları zamanı ABŞ və İran arasında davam edən danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər danışıqlarda regional və beynəlxalq məsələləri müzakirə edib, xüsusilə Vaşinqton və Tehran arasında aparılan diplomatik prosesin gedişatına dair qiymətləndirmələr aparıblar.

"Hakan Fidan Türkiyənin danışıqlar prosesinin ən qısa zamanda nəticə verməsini və davamlı sülhün təmin olunmasını arzuladığını bildirib. O, həmçinin Ankaranın bundan sonra da diplomatik təşəbbüslərə və danışıqlar prosesinə dəstəyini davam etdirəcəyini vurğulayıb", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Qətər   ABŞ  


Bizi "telegram"da izləyin