Tramp: "Bu gün ABŞ İrana çox güclü zərbə endirəcək"

2026/06/1780723671.jpg
Oxunub: 200     20:10     10 İyun 2026    
ABŞ bu gün İrana çox güclü zərbə endirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə jurnalistlərə bildirib.

"Belə ki, biz onlara zərbə endirməyə hazırlaşırıq və zərbə çox güclü olacaq. Bəli, helikopteri nəzərə alsaq, düşünürəm ki, buna haqqımız var", - o, ABŞ-nin İrana hücumları bərpa edib-etməyəcəyi barədə sualı cavablandırarkən deyib.

"Dünən biz onlara sarsıdıcı zərbə endirdik, bu gün isə daha birini endirəcəyik", - Tramp vurğulayıb.

O, İranı bu həftənin əvvəlində Oman sahillərində "Apache" helikopterini vurmaq üçün pilotsuz uçuş aparatından istifadə etməkdə ittiham edib. ABŞ lideri bir daha Tehranı razılaşma imzalamağa çağırıb. "Bu, yaxşı sövdələşmədir", - o bildirib.

Xatırladaq ki, iyunun 9-da ABŞ-nin "AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin