Tramp İranla hazır razılaşmanın olduğunu bildirib və Tehranı onu imzalamağa çağırıb

2026/06/1781065686.jpg
Oxunub: 175     21:36     10 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında razılaşmanın tam hazır olduğunu və İranın yalnız sənədi imzalamasının qaldığını bəyan edib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

ABŞ lideri bildirib ki, sənəd üzərində iş artıq başa çatdırılıb və razılaşma imzalanmağa hazır vəziyyətdədir.

“Onların etməli olduqları yeganə şey sənədləri imzalamaqdır. Hər şey tam hazırdır”, - deyə Tramp bildirib.

Ehtimal olunan razılaşmanın detalları və Trampın açıqlamasına İran tərəfinin reaksiyası hələlik açıqlanmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin