Hindistan Oman sahillərində gəmiyə edilən hücumla bağlı ABŞ-yə etiraz edib

2026/05/1779686410.jpg
Oxunub: 170     21:51     10 İyun 2026    
Hindistan Xarici İşlər Nazirliyi Oman körfəzində ticarət gəmisinə edilən hücumla bağlı ABŞ-nin müvəqqəti işlər vəkili Ceyson Miksini nazirliyə çağıraraq rəsmi etirazını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.

Etiraza səbəb “Settebello” ticarət gəmisinin iştirakı ilə baş vermiş insident olub. Hadisə zamanı gəmidə Hindistanın 24 vətəndaşı olub.

Hindistan tərəfinin məlumatına görə, ekipaj üzvlərindən 21 nəfər xilas edilib, üç nəfər isə itkin düşmüş hesab olunur.

Nyu-Dehli baş verən hadisəni pisləyərək bölgədə gərginliyin azaldılmasına və beynəlxalq ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsinə çağırıb.

Daha əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazı yaxınlığında, Sohar şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə insident baş verdiyini bildirmişdi.

Mətbuatın məlumatına görə, gəmi Hindistan Sahil Mühafizəsi və Oman hakimiyyət orqanlarının həyata keçirdiyi xilasetmə əməliyyatından bir gün sonra raket hücumuna məruz qalıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Oman   ABŞ  


Bizi "telegram"da izləyin