Livan İsrailin ölkənin cənubuna endirdiyi zərbələr nəticəsində onlarla insanın həlak olduğunu açıqlayıb

2026/06/1780395688.jpg
Oxunub: 191     21:41     10 İyun 2026    
İsrail Hərbi Hava Qüvvələri Cənubi Livandakı yaşayış məntəqələrində və Qərbi Beka bölgəsində “Hizbullah”a məxsus obyektlərə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, son sutka ərzində həyata keçirilən hücumlar nəticəsində 30 nəfər həlak olub, 92 nəfər yaralanıb.

Qurum həmçinin bildirib ki, martın 2-də başlayan gərginlik dalğasından bəri ümumi ölənlərin sayı 3696 nəfərə, yaralananların sayı isə 11 min 413 nəfərə çatıb.

Səhiyyə Nazirliyində qeyd ediblər ki, elan edilmiş atəşkəsə baxmayaraq bombardmanlar davam edir və yeni məlumatlar daxil olduqca itkilərin sayının daha da artacağı istisna edilmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin