NATO generalı bildirib ki, Avropa təhlükəsizlik üçün daha çox məsuliyyət daşımalıdır

2026/06/1781116749.jpg
Oxunub: 170     22:32     10 İyun 2026    
NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviç bəyan edib ki, gələcəkdə ABŞ Avropanın təhlükəsizliyinin təmin edilməsində əvvəlki qədər fəal iştirak etməyəcək və Avropa öz müdafiə imkanlarını gücləndirməlidir.

Ordu.az xəbər verir ki, Qrinkeviç bu fikirləri Serbiya Radio və Televiziyasına müsahibəsində səsləndirib.

Qrinkeviçin sözlərinə görə, Avropa ölkələrinin təhlükəsizlik sistemində rolu daha da artmalıdır.

“Avropanın təhlükəsizliyinə gəldikdə, ABŞ bu məsələdə əvvəlki qədər fəal iştirak etməyəcək. Avropa daha çox iş görməlidir”, - deyə NATO generalı bildirib.

Məlumatda həmçinin ABŞ Prezidenti Donald Trampın son vaxtlar Avropadakı müttəfiqlərə ünvanladığı sərt bəyanatlara da diqqət çəkilir.

Qeyd olunur ki, Tramp Avropa İttifaqının bəzi ölkələrinin İrana qarşı əməliyyatlarda iştirakdan imtina etməsindən narazılığını ifadə edib və NATO-nu tənqid edərək alyansı “kağız pələng” adlandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Avropa  


Bizi "telegram"da izləyin