Ordu.az xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan KİV nümayəndələri ilə söhbətində deyib.
Keçmiş erməni prezident seçkilərlə bağlı verdiyi proqnozların reallaşmasına münasibət bildirərkən deyib ki, bundan məmnunluq hissi keçirmir və hazırda bu barədə danışmağın mənalı olmadığını düşünür.
Onun sözlərinə görə, hazırda parlamentə keçən və xalqın dəstəyini qazanmış siyasi qüvvələr qərar qəbul etməlidir, cəmiyyət isə həmin qərarlara hörmətlə yanaşmalıdır.
Sarkisyan qeyd edib ki, onların qarşısında iki seçim var: ya mandatları götürərək parlamentə getmək, ya da onlardan imtina etmək. O bildirib ki, hər iki variantın həm üstünlükləri, həm də mənfi tərəfləri mövcuddur.
“Burada məsələ metod seçimi deyil, dəqiq strategiyanın müəyyən edilməsidir. Hər iki halda uğur qazanmaq mümkündür”, - deyə Sarkisyan vurğulayıb.
Küçə mübarizəsinin aktuallığı ilə bağlı suala cavabında isə sabiq erməni prezident bunun hər zaman faydalı olduğunu bildirib. O əlavə edib ki, bunun nəticə verib-verməyəcəyi xalqın kifayət qədər dəstəyini qazanmış siyasi qüvvələrdən asılıdır.
Sarkisyan bir daha vurğulayıb ki, Respublikaçılar Partiyası seçicilərdən kifayət qədər səs toplamış siyasi qüvvələri dəstəkləməyə hazırdır.
Xatırladaq ki, Ermənistan Respublikaçılar Partiyası seçkilərdə iştirak etməyib.
Alpər Mövludoğlu
Ordu.az