Quterreş Yaxın Şərqdə genişmiqyaslı münaqişənin bərpa olunması riski barədə bildirib

2025/03/1743271658.jpg
Oxunub: 142     20:48     10 İyun 2026    
BMT-nin Baş katibi Antonio Quterreş regionda eskalasiyanın güclənməsi fonunda Yaxın Şərqdə genişmiqyaslı münaqişənin bərpa olunması riski olduğunu bildirib.

Ordu.az "Al Jazeera"ya istinadən xəbər verir ki, o bunu BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən iclasında deyib.

O qeyd edib ki, həftə ərzində regionda hücumların genişlənməsi və vəziyyətin daha da pisləşməsi müşahidə olunur, bu da dərin narahatlıq doğurur, çünki vəziyyət hərbi münaqişənin bərpa olunmasına gətirib çıxara bilər.

"Yaxın Şərqdəki eskalasiya təkcə regiona deyil, həm də ölkə və qitə sərhədlərindən kənara da mənfi təsir göstərir. Bu, siyasi gərginliyin artmasında, əhalinin yerdəyişməsində və təhlükəsizlik təhdidlərində özünü büruzə verir; bazarlarda və ticarət marşrutlarında problemlərə, ərzaq və yanacaq qiymətlərinin kəskin artmasına səbəb olur", - o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   BMT  


Bizi "telegram"da izləyin