Ordu.az xəbər verir ki, sənədə əsasən İran BAEA müfəttişlərinə həmin məlumatların yoxlanılması üçün tam çıxış imkanı yaratmalıdır.
BAEA bildirib ki, qərar təcili xarakter daşıyır və İranın nüvə proqramı üzərində nəzarətin gücləndirilməsinə yönəlib.
Təşkilat bütün monitorinq fəaliyyətlərinin həyata keçirilməsi üçün müfəttişlərin zəruri obyektlərə və məlumatlara tam çıxış əldə etməsinin vacibliyini vurğulayıb.
Qətnamənin təşəbbüskarları ABŞ, Böyük Britaniya, Fransa və Almaniya olub.
Sənədin lehinə 21 ölkə səs verib. Rusiya, Çin və Niger əleyhinə çıxıb, 10 ölkə isə bitərəf qalıb.
İran nümayəndələri qərarı sərt tənqid edərək onu siyasi motivli və agentliyin peşəkar fəaliyyəti ilə əlaqəsi olmayan sənəd adlandırıblar.
Sevinc Əliyeva
Ordu.az