Ordu.az xəbər verir ki, Lavrov bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Ermənistan artıq iki ildən çoxdur ki, KTMT büdcəsinə olan öhdəliklərini yerinə yetirmir.
“Bu gün bu məsələni müzakirə etdik. Ermənistan iki ildən artıqdır KTMT büdcəsinə borcludur və belə hallar təşkilatın Nizamnaməsində nəzərdə tutulub. Müvafiq maddənin tətbiqi imkanını nəzərdən keçirmək barədə razılığa gəldik”, - deyə Lavrov bildirib.
KTMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən, üzv dövlət iki il ərzində təşkilatın büdcəsinə ödəniş etmədikdə onun vətəndaşlarının kvotalı vəzifələrə namizəd göstərilməsi hüququ dayandırılır və borc tam ödənilənədək səsvermə hüququ məhdudlaşdırılır.
Nizamnaməyə görə, üzv dövlət təşkilatın qərarlarını və ya nizamnamə müddəalarını yerinə yetirmədikdə, Kollektiv Təhlükəsizlik Şurası həmin ölkənin təşkilatın fəaliyyətində iştirakını dayandıra və ya onu təşkilatdan xaric edə bilər.
Belə hallarda müvafiq dövlətlə bağlı qərarlar onun səsi nəzərə alınmadan qəbul edilir.
Alpər Mövludoğlu
Ordu.az