Ordu.az-ın məlumatına görə, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
D.Trampın sözlərinə görə, U.Pulte vəzifəsindən gedən direktor Tulsi Qabbardla sıx əməkdaşlıq edəcək.
Prezident həmçinin qeyd edib ki, U.Pulte ABŞ-nin Mənzil Maliyyələşdirmə Federal İdarəsinin rəhbəri və "Fannie Mae", "Freddie Mac" ipoteka agentliklərinin sədri vəzifələrində qalacaq.
Tramp Pultenin Milli Kəşfiyyat İidarəsinin direktoru vəzifəsinə təyin olunduğunu 2 iyunda elan edib. Qərar Prezidentin siyasi rəqibləri tərəfindən tənqidlərə səbəb olub və onlar Pultenin bu vəzifə üçün lazımi təcrübəyə malik olmadığını və eyni zamanda bir neçə vəzifəni icra etməkdə çətinlik çəkəcəyini bildiriblər.
Ordu.az