Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Vahe Qalumyan bildirib.
Erməni deputat qeyd edib ki, partiyanın topladığı səslər bəzi vəzifələrə seçkilər və ya Konstitusiyaya dəyişikliklər üçün kifayət etməsə də, həmin məsələlərin vaxtı çatdıqda onların həlli yolları araşdırılacaq.
Qalumyan Nikol Paşinyanın vəd etdiyi 65 faiz səs göstəricisinin əldə olunmaması ilə bağlı suala cavabında bunu çoxsaylı seçki saxtakarlığı və seçici ələalma halları ilə əlaqələndirib.
“Bu, yüzlərlə seçki pozuntusu faktından xəbər verir. Yüzlərlə cinayət işi açılıb, həbs olunan şəxslər var və bu hallar bütün icmalarda müşahidə olunub”, - deyə o bildirib.
Erməni deputat hakimiyyətin inzibati resurslardan istifadə etmədiyini də vurğulayıb.
Saat 20:00-dan sonra hərbçilərin səsverməni davam etdirməsi barədə iddialara münasibət bildirən Qalumyan isə belə deyib: “Belə bir şeyin baş verdiyini düşünmürəm. Bu cür hal ola bilməz”.
Alpər Mövludoğlu
Ordu.az