Bəqai: İran ordusu ABŞ-nin istənilən hücumuna cavab verəcək

2025/07/1753692734.jpg
Oxunub: 254     19:08     07 İyun 2026    
İran Silahlı Qüvvələri istənilən mümkün hücuma cavab verəcək.

Ordu.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

"ABŞ uranın zənginləşdirilməsi və İranın dondurulmuş aktivlərinə çıxışı təmin etməlidır", - XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, iki tərəf arasında məlumat mübadiləsi pakistanlı vasitəçilər vasitəsilə davam edir: "ABŞ sanksiyalara son qoymalıdır".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın 14 bəndlik memorandum üzrə razılaşması üçün Tehrana təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. İran isə tutduğu mövqedən geri çəkilkmir. Hörmüz boğazındakı son gərginliklər də danışıqlar masasında ortaq məxrəcin əldə olunmaması ilə izah olunur.

Konqresin Nümayəndələr Palatasının üzvü Pet Fellon (Texas ştatından Respublikaçı) ABŞ-nin İran ərazisinə zərbələri bərpa edəcəyini bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   İran   ABŞ  


Bizi "telegram"da izləyin