İsrail “Hizbullah”ın mövqeyinə görə Livanda atəşkəsdən imtina edir

2026/06/1780667312.jpg
Oxunub: 210     17:45     05 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu Livanda atəşkəslə bağlı razılaşmanın hələlik hökumətin səsverməsinə çıxarılmayacağını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Ynet” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu hökumət üzvlərinə bildirib ki, “Hizbullah” qruplaşması razılaşmanın şərtlərini qəbul etmədiyi üçün sənədin səsverməyə çıxarılmasının mənası yoxdur.

“Hazırda razılıq yoxdur. “Hizbullah” buna qarşıdır, buna görə də mən sənədi hökumətin səsverməsinə çıxarmayacağam. Əgər onlar razılaşsalar, sənədi təsdiq üçün sizə təqdim edəcəyəm”, - deyə Netanyahu bildirib.

Hökumətin təsdiqi olmadan İsrail atəşkəs razılaşmasının şərtlərinə əməl etməyə borclu deyil.

Daha əvvəl ABŞ vasitəçiliyi ilə İsrail və Livan atəşkəs rejiminin qorunması barədə razılığa gəlmişdilər. Razılaşma “Hizbullah”ın hücumları tam dayandırması şərtini nəzərdə tuturdu.

Lakin “Hizbullah” danışıqlarda iştirak etmədiyi üçün formal olaraq bu öhdəlikləri üzərinə götürməmişdi. İyunun 4-də qruplaşmanın lideri Naim Qasım atəşkəs şərtlərini qəbul etmədiklərini və onlara əməl etmək niyyətində olmadıqlarını açıqlayıb.

O, həmçinin İsrail hərbçilərinin Livan ərazisindən çıxarılmasını tələb edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin