Mirvokhid Azimov Özbəkistanın Xarici İşlər nazirinin müavini təyin olunub

2026/05/1780131759.jpg
Oxunub: 342     12:38     30 May 2026    
Özbəkistanın tanınmış diplomatı Mirvokhid Azimov ölkəsinin Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Ordu.az xəbər verir ki, diplomat bundan əvvəl İstanbulda Türk Dövlətləri Təşkilatının Baş katibin müavini vəzifəsini icra edib.

O, Xarici İşlər Nazirliyində investisiya, ixrac və turizm sahələrinə cavabdeh olacaq.

Qeyd edək ki, Azimovun Türk Dövlətləri Təşkilatında Baş katibin müavini vəzifəsinə səlahiyyət müddəti 6 noyabr 2024-cü ildə Bişkekdə keçirilən 11-ci Zirvə görüşü zamanı dövlət başçılarının qərarı ilə ikinci dəfə uzadılmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirvokhid-Azimov   Özbəkistan  


Bizi "telegram"da izləyin