Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb

2026/05/1780131695.jpg
Oxunub: 362     12:32     30 May 2026    
Münxen beynəlxalq hava limanı səmada pilotsuz uçuş aparatı olduğu ehtimal edilən naməlum obyektin görünməsi səbəbindən bağlanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Bild" nəşri Federal Polis nümayəndəsi Ştefan Bayer bildirib.

"Səhər saat 9 radələrində pilotlar şübhəli obyekt müşahidə ediblər", - o qeyd edib.

Hər iki uçuş-eniş zolağında hərəkət dayandırılıb, polis genişmiqyaslı əməliyyat keçirir. Polis əməkdaşları PUA ilə bağlı əlavə dəlillərin olub-olmadığını yoxlayırlar. Əməliyyata helikopter də cəlb edilib.

Təhlükəsizlik məqsədilə uçuşlar müvəqqəti dayandırılıb və nə zaman bərpa olunacağı məlum deyil.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Münxen   Hava-limanı  


Bizi "telegram"da izləyin