“ABŞ İranla müharibəni yenidən başlatmağa tam qadirdir” - Heqset

2026/05/1780119477.jpg
Oxunub: 405     09:34     30 May 2026    
ABŞ müharibə naziri Pit Heqset bildirib ki, Vaşinqtonun kifayət qədər silah ehtiyatı var və ölkə İranla müharibəni yenidən başlatmağa tam qadirdir.

Ordu.az xəbər verir ki, bu barədə Heqset Sinqapurda keçirilən Asiyanın ən böyük müdafiə sammitində çıxışı zamanı danışıb.

AFP agentliyinin məlumatına görə, ABŞ müdafiə naziri ölkəsinin hərbi imkanlarının yüksək səviyyədə olduğunu vurğulayıb.

“Zərurət yaranacağı təqdirdə istehsalı yenidən artırmaq imkanımız var. Biz döyüş qabiliyyəti baxımından tam hazırıq və ehtiyatlarımız həm burada, həm də dünyanın digər bölgələrində fəaliyyət göstərmək üçün kifayət edir. Bu, yüksək texnologiyalı və çoxsaylı sursatlar arasında düzgün balans qurmağımızın nəticəsidir”, - deyə Heqset bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Heqset   İran  


Bizi "telegram"da izləyin