Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Reyqan adına Milli İqtisadi Forumda çıxışı zamanı İranın iqtisadi blokadası ilə bağlı suala cavab verən Bessent bildirib ki, ləğv ediləcək bütün tədbirlər tədricən aradan qaldırılacaq.
“Ləğv olunan hər şey yavaş-yavaş ləğv ediləcək”, - deyə o qeyd edib.
ABŞ-nin maliyyə naziri həmçinin bildirib ki, Prezident Donald Trampın İrana qarşı başladığı iqtisadi kampaniya çərçivəsində ABŞ hakimiyyəti İrana məxsus 1 milyard dollar dəyərində kriptovalyuta aktivini müsadirə edib.
Onun sözlərinə görə, bu addım Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq siyasətinin bir hissəsidir.
Sevinc Əliyeva
Ordu.az