ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib - VİDEO

2026/05/Ekran-1780112415.jpg
Oxunub: 525     05:42     30 May 2026    
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik vasitələr daşınan gəmiyə zərbə endirib.

Ordu.az-ın xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində üç narkotacir öldürülüb.

"SOUTHCOM komandanı general Frensis Donovanın göstərişi ilə mayın 29-da "Cənub nizəsi" birgə əməliyyat qrupu gəmiyə zərbə endirib... Kəşfiyyat məlumatları təsdiqləyib ki, sözügedən gəmi Sakit okeanın şərq hissəsində narkotik vasitələrin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət edirmiş və narkotrafikin həyata keçirilməsi üçün istifadə olunub", - məlumatda bildirilib.

Əməliyyat zamanı ABŞ hərbçilərindən xəsarət alan olmayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Sakit-okean  


Bizi "telegram"da izləyin