Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qurum hesab edir ki, nazirlik Ermənistan Kənd Təsərrüfatı Nazirliyi ləğv edildikdən sonra ona verilən səlahiyyətlərin öhdəsindən gələ bilmir.
Məlumata görə, Ermənistanda 2019-cu ildə hökumətin struktur islahatları nəticəsində Kənd Təsərrüfatı Nazirliyi ləğv olunub və kənd təsərrüfatı sahəsində dövlət siyasəti ilə bağlı məsələlər İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Nazirlik aqrar siyasət, aqrar emal, heyvandarlıq, baytarlıq, bitkiçilik, pestisid və aqrokimyəvi maddələrin tətbiqi, üzvi kənd təsərrüfatı, kənd təsərrüfatı kooperasiyaları və balıqçılıq sahələrinə cavabdehdir.
“Rosselxoznadzor” bildirib ki, Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarının əsas istehlak bazarıdır və son dövrlərdə Ermənistandan göndərilən məhsullar Avrasiya İqtisadi Birliyinin və Rusiyanın fitosanitar tələblərinə cavab vermir.
Qurumun açıqlamasında qeyd olunub ki, bu vəziyyət Ermənistan İqtisadiyyat Nazirliyinin Kənd Təsərrüfatı Nazirliyi ləğv edildikdən sonra üzərinə qoyulan səlahiyyətlərin öhdəsindən gələ bilmədiyini göstərir.
Alpər Mövludoğlu
Ordu.az