Gürcüstanın Baş naziri Türkiyənin yeni səfiri ilə Cənubi Qafqazda sülhün təmin edilməsinin vacibliyini müzakirə edib

2026/05/1779988173.jpg
Oxunub: 321     21:06     28 May 2026    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin Gürcüstandakı yeni fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Məlumata görə, Gürcüstan hökumətinin başçısı səfiri diplomatik missiyasına başlaması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edilir ki, görüş zamanı iki ölkə arasında ümumi regional maraqlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

Xüsusilə iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub və Türkiyənin Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu bildirilib.

Tərəflər Orta Dəhlizin inkişaf perspektivlərini və birgə regional layihələri də müzakirə ediblər.

Bu kontekstdə Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunmasının vacibliyi xüsusi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Türkiyə  


Bizi "telegram"da izləyin