İrəvandakı paradda xarici texnika niyə erməni adları ilə təqdim olunub?

2026/05/1779983143.jpg
Oxunub: 343     19:33     28 May 2026    
Bu gün İrəvanda keçirilən hərbi paradda Fransa, Hindistan və digər ölkələrdə istehsal edilmiş silah nümunələri erməni adları ilə təqdim olunub.

Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, söhbət “Aramazd”, “Mihr”, “Lusan” və “Şant” adlarından gedir.

Bu isə bir çox tamaşaçıda silahların istehsalçı ölkəsi ilə bağlı yanlış təsəvvür yaradıb.

Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri, “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Andranik Köçəryan “Factor TV”yə müsahibəsində bu vəziyyəti izah etməyə çalışıb.

Köçəryan bildirib ki, bu, silah alış mənbələrinin diversifikasiyası nəticəsində baş verib.

“Qeyd olundu ki, diversifikasiya nəticəsində Ermənistan Silahlı Qüvvələri əvvəllər olmayan şəkildə yeddi müxtəlif ölkədən silah əldə edib. Bu məhsullar bizim istəklərimiz nəzərə alınaraq istehsal olunur. Başqa sözlə, bu baxımdan onları birgə istehsal hesab etmək olar”, - deyə erməni deputat bildirib.

Onun sözlərinə görə, istehsalçı tərəf Ermənistanın tələblərini nəzərə almalıdır.

“Sizə tırtıllı texnika lazımdırsa, yaxud təkərli texnika lazımdırsa, ərazi buna imkan verirsə, nəticədə siz sifariş verir və ödəniş edirsiniz”, - deyə Köçəryan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Parad  


Bizi "telegram"da izləyin