Rusiya XİN: İrəvan Qərbin anti-Rusiya kampaniyasına göz yumur

2026/05/1779979499.jpg
Oxunub: 354     18:42     28 May 2026    
“Rusiya hesab edir ki, İrəvan Qərbin anti-Rusiya əhval-ruhiyyəsini qızışdırmaq istiqamətində apardığı açıq kampaniyaya göz yumur”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti brifinq zamanı bildirib.

“Biz görürük ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın komandası Qərbin məqsədyönlü şəkildə anti-Rusiya fəaliyyətlərini təşviq etməsinə açıq şəkildə imkan yaradır. Demək olar ki, hər gün Moskvanın guya Ermənistanın daxili işlərinə müdaxilə etdiyi və ya ölkəyə qarşı hibrid hücumlar həyata keçirdiyi barədə ittihamlar və saxta xəbərlər yayılır. Bütün bunlara təbii olaraq casus axtarışları da əlavə olunur”, - deyə diplomat qeyd edib.

Zaxarova əlavə edib ki, Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətlərlə bağlı sakitləşdirici bəyanatları hazırda ölkədə gedən gərgin seçki kampaniyası çərçivəsində səsləndirilən fikirlər və atılan addımlarla tam ziddiyyət təşkil edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Zaxarova  


Bizi "telegram"da izləyin