Bu barədə
Ordu.az Avropa Şurasına istinadən xəbər verir.
Bildirilib ki, Ukrayna növbəti tranşın alınması üçün nəzərdə tutulan 20 tələbdən 11-ni yerinə yetirib, həmçinin proqramın əvvəlki mərhələlərindən qalan bir sıra öhdəlikləri tamamlayıb.
Bundan əlavə, Kiyev növbəti ödənişlər üçün planlaşdırılan bir neçə islahatı vaxtından əvvəl həyata keçirib.
Vəsaitlər "Ukraine Facility" - Aİ-nin 2024–2027-ci illər üçün nəzərdə tutulmuş və ölkədə bərpa, modernizasiya və islahatların dəstəklənməsinə yönəlmiş 50 milyard avrodan çox həcmə malik proqramı çərçivəsində ayrılır.
Əvvəlki, təxminən 2,3 milyard avro məbləğində altıncı tranş 2025-ci ilin dekabrında köçürülmüşdü.
Ordu.az