Qaluzin: “Rusiya və Azərbaycan münasibətləri normal məcraya qayıdıb”

2023/10/1696833968.jpg
Oxunub: 267     19:39     04 İyun 2026    
“Rusiya və Azərbaycan arasında münasibətlər yenidən normal məcraya qayıdıb və geniş perspektivlərə malikdir”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O qeyd edib ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan dəyirmi masası iki ölkə arasındakı münasibətlərin yenidən dinamik və müsbət inkişaf xəttinə qayıtdığını nümayiş etdirib.

“Dəyirmi masa göstərdi ki, Rusiya-Azərbaycan münasibətləri normal, dinamik və müsbət məcraya qayıdıb. Onların bir çox istiqamətlər üzrə, əslində isə bütün sahələrdə çox yaxşı perspektivləri var”, - deyə Qaluzin jurnalistlərə bildirib.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 3-dən 6-dək keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaluzin   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin