Netanyahu sərhədyanı bölgəyə səfər etdikdən sonra İsraildə hava həyəcanı siqnalları verilib

2026/06/1780587681.jpg
Oxunub: 195     19:44     04 İyun 2026    
İsrailin Baş naziri Benyamin Netanyahu pilotsuz uçuş aparatlarının mümkün hücumu ilə bağlı xəbərdarlıq siqnallarının işə salınmasından təxminən 30 dəqiqə əvvəl ölkənin şimalındakı Şlomi şəhərində olub.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

Baş nazirin ofisi hökumət başçısının xəsarət almadığını və artıq həmin ərazini tərk etdiyini təsdiqləyib.

Eyni zamanda sərhədyanı Metula yaşayış məntəqəsində yeni hava həyəcanı siqnallarının qeydə alındığı bildirilib.

İsrail Müdafiə Ordusu (SAXAL) hadisənin səbəblərinin araşdırıldığını və hazırda yoxlama aparıldığını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail  


Bizi "telegram"da izləyin