Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O qeyd edib ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən Rusiya-Azərbaycan dəyirmi masası iki ölkə arasındakı münasibətlərin yenidən dinamik və müsbət inkişaf xəttinə qayıtdığını nümayiş etdirib.
“Dəyirmi masa göstərdi ki, Rusiya-Azərbaycan münasibətləri normal, dinamik və müsbət məcraya qayıdıb. Onların bir çox istiqamətlər üzrə, əslində isə bütün sahələrdə çox yaxşı perspektivləri var”, - deyə Qaluzin jurnalistlərə bildirib.
Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 3-dən 6-dək keçirilir.
Sevinc Əliyeva
Ordu.az