Erməni siyasi xadim: “Ordunun nüfuzuna zərbə vuran fəaliyyət dayandırılıb”

2026/06/1780587711.jpg
Oxunub: 228     19:46     04 İyun 2026    
“Ermənistana gələn vətəndaşlara qarşı həyata keçirilən və ordunun nüfuzuna zərbə vuran fəaliyyət dayandırılıb”.

Ordu.az xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” Partiyasının sədri Edmond Marukyan sosial şəbəkə hesabında yazıb.

“Bəyanatımdan sonra bir neçə dəqiqə əvvəl Hərbi Polisin avtomobilləri “Zvartnots” hava limanının ərazisini tərk etdilər”, - deyə Marukyan qeyd edib.

O bildirib ki, bununla da Ermənistana gələn soydaşlara qarşı həyata keçirilən və terror aktı kimi qiymətləndirdiyi fəaliyyətə son qoyulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Marukyan  


Bizi "telegram"da izləyin