Tramp “The Wall Street Journal”a qarşı yeni iddia qaldırıb

2026/05/1779956601.jpg
Oxunub: 326     12:19     28 May 2026    
ABŞ Prezidenti Donald Tramp Florida ştatının məhkəməsinə “The Wall Street Journal” qəzeti və onun ana şirkəti “News Corp.”a qarşı böhtan üzrə 10 milyard dollarlıq iddianın dəyişdirilmiş variantını təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin qeyd etdiyinə görə, iddianın yeni versiyası çərşənbə günü gecə saatlarında Florida federal məhkəməsinə hakim tərəfindən müəyyən edilən müddətə ciddi riayət olunmaqla təqdim edilib.

Apreldə hakim ilkin şikayəti rədd etmişdi. Səbəb kimi isə orada jurnalistlərin pis niyyətlə hərəkət etdiyini, yəni bilərəkdən saxta məlumat yaydığını və ya həqiqətə qarşı səhlənkar laqeydlik göstərdiyini sübut edən kifayət qədər əsasın olmaması göstərilmişdi.

“Bloomberg”in məlumatına görə, Trampın vəkili Alejandro Brito dəyişdirilmiş iddiada cavabdehlərin etibarlılığın yoxlanılması məsələsində cinayət xarakterli səhlənkarlıq nümayiş etdirdiyini və “qəsdən həqiqətdən qaçdığını” bildirib.

Məhkəmə mübahisəsinə səbəb 2025-ci ilin iyulunda WSJ tərəfindən dərc edilən məqalə olub. Orada deyilirdi ki, Ceffri Epşteynin 2003-cü ildəki 50 illik yubileyi münasibətilə hazırlanmış kitabda mətbəə ilə yazılmış mətnin içində çılpaq qadın təsvirinə bənzər bir qeyd və “Donald” imzası olan məktub yer alıb.

Tramp həmin vaxt bunu təkzib edib və qəzetə qarşı məhkəmə iddiası ilə hədələyib. Daha sonra isə naşir “Dow Jones & Co.” və onun ana şirkəti “News Corp.”a qarşı milyardlarla dollarlıq iddia qaldırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin