Ukrayna Kaya Kallasın ABŞ səfirliyinin Kiyevdən təxliyəsi barədə bəyanatını təkzib edib

2025/12/1764677977.jpg
Oxunub: 322     11:40     28 May 2026    
Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixiy Rusiyanın Ukrayna paytaxtına zərbə təhdidləri fonunda ABŞ səfirliyinin Kiyevdən təxliyə edilməsi barədə məlumatı təkzib edib.

Ordu.az "İnterfaks-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə o jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"ABŞ səfirliyinin təxliyəsi barədə məlumat həqiqəti əks etdirmir", - G. Tixiy deyib.

Daha əvvəl bir sıra KİV-lərdə Kiprdə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın sözləri yayılmışdı.

"Biz Ukraynadan eşitdik ki, biri istisna olmaqla, bütün səfirliklər yerindədir... Bütün avropalılar qalır, ABŞ gedir", - o bildirmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kallas  


Bizi "telegram"da izləyin