CBS İranın ali rəhbərinin xarici dünya ilə məhdud əlaqədə olduğunu bildirib

2026/05/1779708483.jpg
Oxunub: 339     15:31     25 May 2026    
ABŞ kəşfiyyat məlumatlarına görə, İranın ali rəhbəri Müctəba Xameneyi faktiki olaraq naməlum yerdə gizlənir və xarici dünya ilə çox məhdud əlaqə saxlayır.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” telekanalı amerikalı məlumatlı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, onunla yalnız mürəkkəb kuryer zənciri vasitəsilə əlaqə saxlamaq mümkündür.

Rəsmilər bildiriblər ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə əməkdaşlıq etmək səlahiyyətinə malik iranlı rəsmilər ölkənin hökumət sistemi daxilində rabitə problemləri ilə üzləşirlər.

Onların sözlərinə görə, İranla mümkün razılaşma və əvvəlki sazişlərlə bağlı detalların gec üzə çıxmasının əsas səbəbi də budur.

Qeyd olunub ki, İran hökumətinin ən yüksək vəzifəli şəxsləri belə Müctəba Xameneyinin harada olduğunu bilmirlər və onunla birbaşa əlaqə imkanına malik deyillər.

Telekanala danışan iki rəsmi bildirib ki, ABŞ təklif olunan şərtlərin detallarını təqdim etdikdə ali rəhbərlə əlaqə qurulmasındakı çətinliklər cavabın alınmasında uzun gecikmələrə səbəb olur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Xameneyi  


Bizi "telegram"da izləyin