İran hərbi texnikanın modernləşdirilməsi üçün tədbirlər görür

2026/04/1777437793.jpg
Oxunub: 388     15:16     25 May 2026    
Tehran İran hərbi texnikasının müasirləşdirilməsi üçün tədbirlər həyata keçirir və zəruri hərbi potensialın qorunub saxlanılması istiqamətində fəaliyyətini davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdollahi bildirib.

Abdollahi qeyd edib ki, texnikanın müasir tələblərə uyğun şəkildə yenilənməsi prosesi fasiləsiz davam edir.

O bildirib ki, İran bütün hərbi potensialını qoruyub saxlayır və düşmənlərə qarşı mübarizəni sona qədər davam etdirmək niyyətindədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hərbi-texnika  


Bizi "telegram"da izləyin