Ordu.az xəbər verir ki, bu barədə “Venesuela Həbsxanalarının Monitorinq Mərkəzi” hüquq müdafiə təşkilatı məlumat yayıb.
Təşkilatın bildirdiyinə görə, məlumat birbaşa məhbuslardan əldə olunub. Məlumata əsasən, mayın 24-də INJUBA həbsxanasında 1300-dən çox məhbus, o cümlədən qadınlar etiraz aksiyasına başlayıb.
Məhbuslar bildiriblər ki, müəssisəyə yeni təyin olunmuş direktorun fəaliyyətindən sonra qəddar axtarışlar intensivləşib və bu zaman onların şəxsi əşyaları qəsdən məhv edilir. Bundan başqa, 120-dən çox şəxsin cərimə təcridxanasına köçürüldüyü qeyd olunub.
Məhbuslar mütəmadi döyülmə və işgəncə halları barədə də məlumat veriblər. Hüquq müdafiəçiləri bildiriblər ki, direktorun həbsxana qüllələri istiqamətində atəş açdığı da iddia olunur və bunun faciə ilə nəticələnə biləcəyi vurğulanıb.
“Venesuela Həbsxanalarının Monitorinq Mərkəzi” mümkün nəticələrə görə bütün məsuliyyəti penitensiar sistem naziri Xulio Qarsia Serpanın üzərinə qoyub. Venesuela hakimiyyəti məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Sevinc Əliyeva
Ordu.az