Ordu.az xəbər verir ki, Duqin “ruslara internetin yaxşı davranışa görə dozalı şəkildə verilməli olduğunu” bildirib.
Onun sözlərinə görə, qış aylarında insanların evdə daha çox vaxt keçirməsi səbəbindən internetdən istifadəyə daha tez-tez icazə verilə bilər, yaz və yay aylarında isə məhdudiyyət tətbiq olunmalı və ya tamamilə dayandırılmalıdır.
Duqin hesab edir ki, bu halda insanlar daha çox üzbəüz ünsiyyət quracaq və vaxtlarını oflayn mühitdə keçirəcəklər.
O daha əvvəl dostlarla internet olmadan da ünsiyyət qurmağın mümkün olduğunu deyib və insanlara “pəncərə altından fit çalmağı” və skuterlə gəzməyi tövsiyə edib.
“Əgər internet tamamilə söndürülsə, xüsusilə yaz aylarında insanlar gəzməyə, görüşməyə, ünsiyyət qurmağa, kafe və mağazalara getməyə, yeni tanışlıqlar yaratmağa və həqiqi insan həyatı yaşamağa başlayacaqlar”, - deyə Duqin bildirib.
Filosof, həmçinin cəmiyyət üzərində dövlət nəzarətinin gücləndirilməsinin vacibliyini vurğulayıb və rusiyalıları bunu qaçılmaz reallıq kimi qəbul etməyə çağırıb.
Sevinc Əliyeva
Ordu.az