Peskov: “Rusiya erməni dostlarla dialoqu davam etdirəcək”

2026/05/1779707411.jpg
Oxunub: 400     15:06     25 May 2026    
“Ermənistanda Rusiyanın iştirak etdiyi inteqrasiya proseslərini dəstəkləyən siyasi qüvvələr var”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Ermənistanda inkişafın Rusiya vektorunu və Rusiyanın iştirakı ilə həyata keçirilən inteqrasiya proseslərini dəstəkləyən siyasi qüvvələr mövcuddur.

“Əlbəttə, biz erməni dostlarımızla dialoqu davam etdiririk və bunu gələcəkdə də edəcəyik”, - deyə Peskov jurnalistlərə bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin