İran XİN: Hörmüz boğazının idarə olunması İran və ABŞ arasındakı memorandumda yer almayıb

2026/04/1775969306.jpg
Oxunub: 360     14:14     25 May 2026    
Hörmüz boğazının idarə olunması ilə bağlı məsələlər İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumuna daxil edilməyib və bu məsələləri sahilyanı ölkələr həll edəcək.

Ordu.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

“Memorandumda Hörmüz boğazı ilə bağlı məsələlərə gəldikdə isə, biz razılaşmanın detallarını müzakirə etmirik. Boğazın idarə olunması məsələlərini sahilyanı ölkələr müəyyən etməlidir”, - deyə Bəqayi brifinq zamanı bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin