“Livan İsraillə danışıqlarda suverenlik hüququnu müdafiə edir” - Aun

2026/05/1779703962.jpg
Oxunub: 335     14:08     25 May 2026    
“Livan hakimiyyətinin İsraillə danışıqlar aparmaq qərarı nə güzəşt, nə də kapitulyasiya deməkdir, əksinə dövlətin öz suverenliyini müdafiə etmək üçün müstəsna hüququna yönəlib”.

Ordu.az xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun 2000-ci ildə İsrail ordusunun Livanın cənubundan çıxarılmasının ildönümü münasibətilə bildirib.

Məlumata görə, İsrail 1978-ci ildə “Litani” əməliyyatına başlayıb və bundan sonra Livanın cənubu İsrail işğalı altında qalıb.

Daha sonra 1982-ci ildəki müdaxilədən sonra İsrail bölgədə hərbi mövcudluğunu gücləndirib və Cənubi Livan ordusunun dəstəyi ilə “təhlükəsizlik zonası” adlandırılan ərazi yaradıb.

2000-ci il mayın 25-də İsrail qoşunları ölkənin cənub rayonlarından çıxarılmasını başa çatdırıb. Bu tarix Livanda Müqavimət və Azadlıq Günü kimi qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail   Aun  


Bizi "telegram"da izləyin