ISNA: İran nüvə proqramı ilə bağlı heç bir öhdəlik götürməyib

2026/05/1778219003.jpg
Oxunub: 329     13:14     25 May 2026    
Tehran ABŞ ilə mümkün ilkin razılaşma çərçivəsində nüvə məsələsi ilə bağlı heç bir öhdəlik götürməyib və bu mövzu ayrıca danışıqların predmetinə çevriləcək.

Ordu.az xəbər verir ki, bu barədə ISNA agentliyi yüksək vəzifəli iranlı diplomata istinadən məlumat yayıb.

“The Washington Post” qəzeti daha əvvəl amerikalı yüksək vəzifəli rəsmiyə istinadən bildirmişdi ki, İran ilə ABŞ arasında yekun təsdiqlənməmiş çərçivə razılaşması Tehranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsini nəzərdə tutur.

Lakin anonim iranlı diplomat bildirib ki, ABŞ ilə ilkin razılaşma layihəsində nüvə mövzusu və yüksək səviyyədə zənginləşdirilmiş uranla bağlı qarşı tərəfə heç bir öhdəlik verilməyib.

Onun sözlərinə görə, ABŞ ilə razılaşma əldə edilərsə, nüvə məsələsi 60 günlük danışıqların mövzusu olacaq.

Bunun müqabilində isə ABŞ sanksiyaları ləğv etməli, İran aktivlərini dondurulmuş vəziyyətdən çıxarmalı və ABŞ qüvvələri İranla həmsərhəd bölgələri tərk etməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin