İsrail Livanı bombalamağa hazırlaşır - Mülki əhali xəbərdar edilib

2026/05/1779546779.jpg
Oxunub: 405     12:51     25 May 2026    
İsrail Müdafiə Qüvvələri (IDF) Hizbullah qruplaşmasına qarşı planlaşdırılan hava zərbələri ərəfəsində Livanın cənubunda yerləşən 10 kənd və qəsəbənin əhalisini gözlənilən bombardmanla bağlı xəbərdar edib və təxliyə olunmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə IDF-in rəsmisi polkovnik Aviçay Adray müraciət ünvanalayıb.

“Hizbullah terror təşkilatının atəşkəslə bağlı razılaşmanın şərtlərini pozması fonunda, IDF güc tətbiq etməyə məcbur qalıb və sizə (mülki əhaliyə -red) heç bir zərər vurmaq niyyəti yoxdur”, -deyə təxliyə xəbərdarlığından bildirilir.

Beləliklə Nəbatiyə ət-Tahta, Əl-Lvayza, Səcd, Eyn Qana, Haruf, Zibdin, Kfar Riman, Duer, Əşit Əl-Şaqif və Meydun kənd və qəsəbələrinin sakinlərinə planlaşdırılan hava zərbələrinin hədəflərindən azı bir kilometrlik məsafəyə təxliyə olunmaq tövsiyə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin