Rubio “Hizbullah”ın Livan hökumətinə tabe olmamaq çağırışlarını pisləyib

2026/05/1779697253.jpg
Oxunub: 304     12:18     25 May 2026    
ABŞ Livanın şiə “Hizbullah” təşkilatının ölkə hökumətinə qarşı çıxmaq çağırışlarını pisləyib və Beyruta demokratik yolla seçilmiş hakimiyyətə dəstəyini davam etdirəcəyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

ABŞ Dövlət Departamentinin saytında yayımlanan bəyanatda qeyd olunur ki, Vaşinqton “Hizbullah”ın Livanın demokratik yolla seçilmiş hökumətini devirməyə yönəlmiş məsuliyyətsiz çağırışlarını ən sərt şəkildə qınayır.

Rubio vurğulayıb ki, ABŞ ölkə üzərində nəzarətin bərpası və bütün Livan xalqı üçün daha yaxşı gələcəyin qurulması istiqamətində Livanın qanuni hökumətinin yanında dayanır.

ABŞ dövlət katibi “Hizbullah”ı Livanın yenidən inteqrasiya prosesinə mane olmaqda və İsrailə qarşı vəziyyəti gərginləşdirməkdə ittiham edib.

Bundan sonra o, hərəkatı təmkinli olmağa çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   Hizbullah  


Bizi "telegram"da izləyin