İran silahlı qüvvələri ABŞ ilə danışıqların mümkün uğursuzluğuna hazır olduqlarını açıqlayıb

2026/05/1779697225.jpg
Oxunub: 326     12:15     25 May 2026    
İran ABŞ ilə danışıqlarda razılaşmanın əldə olunması ehtimalının artmasına baxmayaraq, mümkün uğursuzluq ssenarisinə də hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran hərbi mənbəsinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ-nin keçmişdə nümayiş etdirdiyi aqressiv davranış nəzərə alınaraq İran silahlı qüvvələri daim tam döyüş hazırlığı vəziyyətində saxlanılır.

Onun sözlərinə görə, danışıqların gedişi bu hazırlıq səviyyəsinə heç bir təsir göstərmir.

Bundan əvvəl İranın hərbi nümayəndəsi agentliyə açıqlamasında qeyd etmişdi ki, İran əleyhinə həddindən artıq tələblər, bəhanələr və ya mümkün hərbi əməliyyatlar halında ABŞ bir ildən az müddətdə üçüncü böyük zərbəsini alacaq.

İran tərəfi bildirib ki, bu dəfə cavab əvvəlkilərlə müqayisədə daha qətiyyətli və yeni formatda olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin