Hörmüz boğazından keçən ilk neft tankeri Yaponiyaya çatıb

2026/05/1778839819.jpg
Oxunub: 317     10:58     25 May 2026    
Bazar ertəsi Yaponiyaya məxsus neft tankeri Yaxın Şərqdə münaqişənin başlanmasından sonra Hörmüz boğazından keçərək ölkəyə gələn ilk gəmi olub.

Ordu.az-ın məlumatına görə, bu barədə "Kyodo" agentliyi xəbər verir.

"Idemitsu Kosan Co." neft emalı şirkətinin bölməsinin istismarında olan tanker mərkəzi Yaponiyada Ayti prefekturasına 2 milyon barel xam neft çatdırıb ki, bu da ölkənin daxili gündəlik tələbatının təxminən 80 %-nə bərabərdir.

Gəmilərin avtomatik identifikasiya sisteminin məlumatına görə, Panama bayrağı altında üzən və uzunluğu 300 metrdən çox olan "Idemitsu Maru" gəmisi fevralın sonunda Fars körfəzinə daxil olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   Yaponiya  


Bizi "telegram"da izləyin