Ordu.az xəbər verir ki, 2026-cı il iyunun 22-dən iyulun 3-dək keçiriləcək təlim çərçivəsində 2026-cı il iyunun 29-30-da “Aviasiya Fotoqrafları Günü” (Spotters Day) təşkil ediləcək.
Məlumata görə, tədbirdə döyüş təyyarələri və hava əməliyyatlarını yaxından izləyən aviasiya fotoqrafları Konyada bir araya gələcək.
Hər il böyük maraqla qarşılanan tədbir sayəsində iştirakçılar təlim fəaliyyətlərini müəyyən edilmiş ərazilərdən izləmək və fotoşəkil çəkmək imkanı əldə edəcəklər.
Bildirilir ki, tədbirdə iştirak etmək istəyən 18 yaşdan yuxarı aviasiya fotoqrafları 2026-cı il iyunun 9-dək müraciət etməlidirlər.
Təşkilatçılar qeyd ediblər ki, müraciəti qəbul edilən iştirakçılar üçün tədbirin proqramı daha sonra ayrıca açıqlanacaq.
Təlimlərdə döyüş təyyarələri, erkən xəbərdarlıq və idarəetmə təyyarələri ilə dəstək vasitələri iştirak edəcək.
“Beynəlxalq Anadolu Qartalı” təlimi Türkiyə Hərbi Hava Qüvvələrinin ev sahibliyi ilə keçirilən ən genişmiqyaslı hava təlimlərindən biri hesab olunur.
Sevinc Əliyeva
Ordu.az