Ordu.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan platformanı yerində incələyərək imzalayıb.
Məlumata görə, SARBOT L1 Türkiyənin müdafiə texnologiyalarındakı mühəndislik imkanlarını və yerli istehsal gücünü əks etdirən mühüm platformalardan biri hesab olunur.
“SARSILMAZ Qrup” şirkətlərindən olan “LA2 Dynamics” tərəfindən hazırlanan SARBOT L1 inkişaf etmiş hərəkət qabiliyyəti, uzaqdan idarəetmə infrastrukturu və inteqrasiya edilmiş silah sistemləri ilə seçilir.
Şirkət bildirib ki, platforma yeni nəsil müdafiə texnologiyaları sahəsində Türkiyənin mühəndislik imkanlarını əməliyyat sahəsinə daşıyan əsas layihələrdən biridir.
SARSILMAZ İdarə Heyətinin sədri Latif Aral Alış bildirib ki, Prezident Ərdoğanın EFES 2026 təlimi çərçivəsində stendi ziyarət etməsi və SARBOT L1 platformasını imzalaması şirkət üçün tarixi qürur mənbəyi olub.
Onun sözlərinə görə, bu ziyarət yerli və milli müdafiə texnologiyaları sahəsində Türkiyənin hədəflərinə töhfə vermək əzmini daha da gücləndirib.
Şirkət qeyd edib ki, EFES 2026 çərçivəsində baş tutan bu ziyarət SARSILMAZ-ın yeni nəsil müdafiə texnologiyaları istiqamətində apardığı mühəndislik işlərinə verilən dəstəyi bir daha nümayiş etdirib.
Sevinc Əliyeva
Ordu.az